Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Ganja Open 2026” festivalına yekun vuruldu
“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Ganja Open 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.
A turnirində 9 turda 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev əlavə göstəricilərə görə ikinci, FİDE təmsilçisi Pavel Şkapenko isə üçüncü yerdə qərarlaşıb.
B turnirində 7,5 xalı olan Natiq Mahmud birinci olub. Eyni xala malik Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Süleyman Süleymanlı həm rapid, həm də blitsdə qalib adını qazanıb.
“Azərbaycan Şahmat Turu” çərçivəsində keçiriləcək növbəti yarış oktyabrın 20-26-da təşkil olunacaq “Shirvan Open” olacaq.

Oxşar xəbərlər
“Vugar Gashimov Open 2026” turnirinin qalibləri bilindi
“Lankaran Open 2026” başa çatdı - Qaliblər məlumdur
"Baku Open" şahmat festivalı keçiriləcək
8 ölkə 240 şahmatçı - “Shirvan Open 2025”
Gəncədə keçiriləcək Şahmat Festivalının mükafatı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası