Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Aktauda 14 medal qazandı -Beynəlxalq turnir
Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Südabə Ağayeva (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş mükafatla başa vurub.
Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) isə bürünc medal əldə ediblər.

Oxşar xəbərlər
Avropa Kubokunda 9 medal - UĞUR
Asiya Turnirindən 10 medalla - FOTO
Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdu
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Rio-2016: Medal sıralaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası