reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə -Premyer Liqa


Misli Premyer Liqasında 8-ci tur davam edir.
Sportfm.az xəbər verir ki, ikinci oyun günüə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. Hazırda hər iki komandanın 17 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə ikinci, Ağdam klubu isə üçüncü yeri tutur.

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Misli Premyer Liqası, 8-ci tur

17 oktyabr (şənbə)

19:00. “Qarabağ” - “Neftçi” - 3:3

Qollar: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2), Saviç, 52 (1:3), Renaldo Sefas, 89 (2:3), Kadi Borqes, 90+3 (3:3)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Qəbələ” - “Sabah” - 0:4

Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74, Coy Lens Mikels, 88, Aleksey İsayev, 90+3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu

18 oktyabr (bazar)

15:00. “İmişli” - “Turan Tovuz”

18:30. “Kəpəz” - “Zirə”

16 oktyabr (cümə)

“Şamaxı” - “Şəfa” - 3:2

“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1

Oxşar xəbərlər

“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa
"Qarabağ"dan xal itkisi - Premyer Liqa
"Sumqayıt"dan qələbə, "Qəbələ" - "Qarabağ" matçında bərabərlik - Premyer Liqa
"Qarabağ" 3 xalı 3 qolla qazandı - Premyer Liqa
“Sabah" “Araz-Naxçıvan”ı məğlub etdi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər