reklam
Həsən Zeynalov: Əsas hədəfimiz qrup mərhələsinə yüksəlməkdi
Sportfm.az xəbər saytı

Həsən Zeynalov: Əsas hədəfimiz qrup mərhələsinə yüksəlməkdi


CEV Kubokunda çıxış edəcək təmsilçimiz “Turan” qadın voleybol komandasının prezidenti Həsən Zeynalov Tovuzda təşkil edilən mətbiat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Bu turnirdə hədəfiniz nədir?
- Əsas hədəfimiz qrup mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Rəqibiniz çox təcrübəlidi.
- Bəli, biz bunu bilirik və dərk edirik, ancaq bizim heyətimiz də zəif deyil.
- Komanda bu mərhələni keçərsə, növbəti oyunları da Tovuzda görə biləcəyik?
- Bizim əsas istəyimiz də budur. İstəyirik ki, bütün oyunlarımızı Tovuzda keçirək.
- Əvvəl Azərbaycanda voleybol çox populyar idi, bu populyarlığı yenidən qaytaracağınıza inanırsız?
- Bu istiqamətdə ciddi işlər görürük. Ümidvaramki, ölkəmizdə voleybol yenə əvvəlki illərdəki kimi populyar olacaq.
- Ayşən Əbdüləzimova ilə jurnalistlər arasında baş verən insident haqqında nə deyə bilərsiz?
- Bu bir anlaşılmazlıq idi, biz onunla söhbət etdik, bundan sonra belə bir şeyin olacağına inanmıram.
- Büdcəniz az deyil, voleybolda sponsorluq sizə nə verir?
- Biz indi voleybola yatırım edirik, bəhrəsini sonra görəcəyimizə inanırıq. Əsas hədəf qrupa düşməkdi.
- Kişi voleybolu ilə planınız varmı?
- Hələ ki, bu haqda düşünmürük, amma gələcəkdə hər şey oıa bilər.
- Legionerləri cəlb etməkdə çətinlik yaşadız?
- Bəli, müəyyən çətinliklər oldu. Amma biz verilən vədləri əvvəlki mövsümdə yerinə yetirdiyimiz üçün onlar da bizə inanıb klubumuza qoşuldular.
- Klubun akademiyası və infrastrukturu ilə bağlı hansı işlər görülür?
- Bu istiqamətlərdə böyük işlər görürük və geniş planlarımız var. Akademiyamız təsis edilib, infrastruktur yenilənir və daima yenilənəcək.
- “Turan” legionerlərə güvənir, rəqib isə yerli voleyboıçulara.
- Bəli, hazırda bu belədi, onların böyük voleybol ənənəsi var, zamanla biz də öz heyətimizdə yerli idmançıların yer alacağını deməliyəm, bizə vaxt lazımdı.

Oxşar xəbərlər

Həsən Zeynalov "Turan"da - RƏSMİ
“Futbolçularıma gözəl oyuna görə təşəkkür edirəm” - Elman Sultanov
Azərbaycanda Regional Voleybol Akademiyası yaradılır - AÇIQLAMA
Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
Sənan Qurbanov:"Hamı bizdən qələbə gözləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər