reklam
Yığmamız Avstriyaya qalib gəldi -
Sportfm.az xəbər saytı

Yığmamız Avstriyaya qalib gəldi -Dünya çempionatı


Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Avstriyanı 4:0 hesabı ilə məğlub edib.

Madina Kaisinova (+7) Mariya Höllvart üzərində qələbə qazanıb. Xədicə Qədəşova (+57) Laura Kallingerə qalib gəlib.

Kişilərin yarışında Zelim Kotsoyev (+90) Movli Borçaşvilini məğlub edib. Ardınca Rəşid Məmmədəliyev (+73) isə Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Azərbaycan komandası 1/8 finalda Yaponiya millisi ilə qarşılaşacaq.

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

Kokauri DÇ-də 1/4 finalda
Millimizin dünya çempionatı üçün ilkin heyəti - SİYAHI
Hidayət Heydərov başqa çəkidə yarışacaq - Qran Pri
Monqolustana 17 cüdoçu ilə...
Millimizin heyəti açıqlandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər