reklam
Murad Dünya Çempionu ola bilmədi
Sportfm.az xəbər saytı

Murad Dünya Çempionu ola bilmədi


Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparıb.

Kişilər

90 kq

Murad Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Klen Kristoferi (Estoniya) məğlubiyyətə uğradıb.

Cüdoçumuz 1/4 finalda Fransa təmsilçisi Aleksa Metroviça qalib gələrək yarımfinala yüksəlib. 1/2 finalda onun rəqibi Yaponoya cüdoçusu, dördqat dünya çempionu Tadzima Qoki olub. M.Fətiyev ipponla uduzub. O, bürünc medal uğrunda Nemanya Maydovla (Serbiya) qarşlaşıb və ona qalib gələrək bürünc medala sahib çıxıb.

Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcan bu mərhələdə Fransa cüdoçusu Nqayap Ambuya uduzaraq mübarizəni başa vurub.

Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və uduzub.

Oxşar xəbərlər

Fətiyev DÇ-də yarımfinalda
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
İki cüdoçumuz 1/4 finalda - Dünya çempionatı
Bu gün cüdoçularımız medalsız qaldı - Dünya çempionatı
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər