reklam
Hidayət Heydərov başqa çəkidə yarışacaq -
Sportfm.az xəbər saytı

Hidayət Heydərov başqa çəkidə yarışacaq -Qran Pri


Azərbaycan cüdoçusu Hidayət Heydərov çəki dərəcəsini dəyişib.
Sportfm.az xəbər verir ki, 29 yaşlı olimpiya, dünya və 4 qat Avropa çempionu 26 – 28 iyunda Çinin Sindao şəhərində təşkil olunacaq Qran Pridə 73 kq-da deyil, 81 kq çəki dərəcəsində mübarizə aparacaq.
Digər olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq), eləcə də qadın cüdoçu Madina Kaisinova (+78 kq) zədə səbəbindən turniri buraxacaq.
2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (hər ikisi 90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) kişilərin, Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) qadınların mübarizəsinə qatılacaq.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.
Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Oxşar xəbərlər

Monqolustana 17 cüdoçu ilə...
Cüdo yığmamız Tiflisə AÇ-yə yola düşdü - HEYƏT
Cüdoçularımız “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Millimizin heyəti açıqlandı - SİYAHI
Cüdoçularımız Meksikada yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər