reklam
AMADA dünya çempionatında maarifləndirmə proqramı həyata keçirdi
Sportfm.az xəbər saytı

AMADA dünya çempionatında maarifləndirmə proqramı həyata keçirdi


Bakıda keçirilən cüdo üzrə dünya çempionatında AMADA-nın təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.

Sportfm.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

Oxşar xəbərlər

AMADA “Qəbələ”nin oyunçuları üçün seminar keçirdi
AMADA “Zirə” üçün seminar keçirdi
AMADA-dan “Qarabağ”ın U-19 komandası üçün seminar
AMADA antidopinq seminarı keçirdi
AMADA “Araz-Naxçıvan” üçün maarifləndirmə seminarı keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər