reklam
Günay Qurbanova dünya ikincisi oldu -
Sportfm.az xəbər saytı

Günay Qurbanova dünya ikincisi oldu -Uğur


Azərbaycanın qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, Qurbanova 59 kq çəki dərəcəsində final görüşündə ukraynalı Alina Filipoviçə uduzub.

Qarşılaşma 4:4 hesabı ilə yekunlaşsa da, qələbəni sonuncu xal prinsipinə əsasən Filipoviç qazanıb.

Beləliklə, Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 3-ə çatıb. Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal əldə edib.

Oxşar xəbərlər

Güləşçimiz finalda - Dünya çempionatı
Hələ ki, qızıl yoxdur... Dünya çempionatı
Güləşçilərimizdən tarixi uğur - Dünya çempionatı
Qadın güləşçimiz dünya ikincisi oldu - Uğur
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər