reklam
Emrelinin komandasından ikinci qələbə
Sportfm.az xəbər saytı

Emrelinin komandasından ikinci qələbə


Polşa çempionatının XI turunda Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Vieçista Krakov”a qalib gəlib.

Sportfm.az xəbər verir ki, qarşılaşma “Rakuv”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 69-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Semedo açıb. 79-cu dəqiqədə Diabi-Fadiqa penaltidən fərqlənərək tarazlığı bərpa edib. Matçın 88-ci dəqiqəsində vurulan qol isə “Rakuv”a qələbə qazandırıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli oyuna start heyətində başlayıb. O, 88-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.

Beləliklə, “Rakuv” mövsümdə ikinci qələbəsini qazanıb. Komanda 6 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

“Vieçista Krakov” – “Rakuv” 1:2

Qollar: Semedo, 69 – Diabi-Fadiqa, 79 (pen.), 88.

Oxşar xəbərlər

Mahirin komandası uduzdu - Polşa çempionatı
Mahirin komandası uduzdu
Emrelidən “Rakuv”da beşinci qol
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
Mahir Emreli rəsmən “Rakuv”daa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər