reklam
“Everton” satışa çıxarıldı -
Sportfm.az xəbər saytı

“Everton” satışa çıxarıldı -Klub təsdiqlədi


İngiltərənin “Everton” klubunun sahibi komandanın satışını nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Everton”un sahibi olan “The Friedkin Group” (TFG) kluba yeni investisiyaların cəlb edilməsi ilə bağlı variantları dəyərləndirir. Bunlara nəzarət səhm paketinin mümkün satışı da daxildir.

Şirkətin açıqlamasında qeyd olunub ki, “Everton”un idarəçiliyini üzərinə götürərkən klub ciddi maliyyə problemləri ilə üzləşib. TFG-nin əsas məqsədi maliyyə sabitliyini təmin etmək, investisiyaları artırmaq və komandanın yeni stadionunun tikintisinin başa çatdırılmasına dəstək vermək olub.
TFG yalnız “Everton”un gələcəyini təmin edə və inkişafını davam etdirə biləcək potensial alıcıların təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, satış prosesi ilə bağlı TFG-yə “Moelis & Company” məsləhətçi şirkəti dəstək verir. Klub və sahibi proses davam etdiyi müddətdə əlavə açıqlama verməyəcəklərini bildiriblər.

Oxşar xəbərlər

"Everton"un yeni baş məşqçisi məlum oldu
"Everton"un xalları silindi
“Everton”un xalları silindi
"Everton" yeni stadion inşa etdirəcək - 52 minlik
“Everton” tarixi müqaviləyə imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər