reklam
Cəmilə Muradlı Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Cəmilə Muradlı Avropa çempionu oldu -UĞUR


Azərbaycan boksçusu Cəmilə Muradlı Budvada U-17 Avropa çempionatının qalibi olub.
Sportfm.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın idmançısı finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.

Oxşar xəbərlər

5 boksçumuz finalda - Avropa çempionatı
Boksçumuz finalda - Avropa çempionatı
M.Muradlı Azərbaycan çempionu oldu - FOTO
4 boksçumuz finalda - Avropa birinciliyi
Boksçumuz ermənini məğlub edib Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər