Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İmişli"də latviyalı mütəxəssis -Təyinat
“İmişli” futbol klubunda baş məşqçi postunu müvəqqəti icra edəcək rəsmən müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, komandaya latviyalı çalışdırıcı Ervins Perkons rəhbərlik edəcək.
36 yaşlı mütəxəssis cari ilin yayından etibarən “İmişli”də köməkçi məşqçi kimi fəaliyyət göstərirdi. Öz ölkəsində kifayət qədər zəngin təcrübəyə malik olan Perkons “Super Nova” klubunda həm baş məşqçi, həm də idman direktoru funksiyalarını yerinə yetirib və bu komandanın “sükanı arxasında” çıxdığı 61 rəsmi matçda orta hesabla 1.57 xal qazanmağı bacarıb. Mütəxəssis məşqçilik karyerasının ən uğurlu dövrünü isə “Jelgava” komandasında keçirib. O, Latviya Yüksək Liqası təmsilçisi ilə baş məşqçi kimi keçirdiyi 55 qarşılaşmada matç başına 2.09 kimi yüksək xal ortalaması yaxalayıb.
Xatırladaq ki, “İmişli” ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.

Oxşar xəbərlər
"İmişli"də yeni məşqçi təyinatı
“İmişli”də yeni məşqçisini açıqladı
Zamir Həsənov "İmişli"də - RƏSMİ
"İmişli" yeni məşqçilərini açıqladı - TƏYİNAT
“İmişli”nin yeni baş məşqçisi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)
Misli Premyer Liqası