reklam
Geri qayıtmaqdan imtina edib
Sportfm.az xəbər saytı

Geri qayıtmaqdan imtina edib


Stiven Cerrard “Reyncers”in baş məşqçisi postuna qayıtmayacaq.

Sportfm.az xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb.

Klub və məşqçi arasında baş məşqçi vəzifəsi ilə bağlı konstruktiv danışıqlar aparıblar. Mənbənin bildirdiyinə görə, Cerrard danışıqlardan sonra “Reyncers”ə qayıtmaqdan imtina edib. Məşqçi hesab edir ki, bu mərhələdə geri dönmək üçün tam uyğun vaxt deyil.

Cerrard və “Reyncers” arasında aparılan danışıqların pozitiv keçdiyi, hər iki tərəfin gələcək əməkdaşlıq üçün qapıları açıq saxladığı bildirilir.

Xatırladaq ki, Stiven Cerrard 2018–2021-ci illərdə “Reyncers” klubunu çalışdırıb.

Oxşar xəbərlər

Stiven Cerrard “Əl-İttifaq”dan ayrıldı
Stiven Cerrard Premyer Liqa klubunda
Stiven Cerrard ən yaxşıdır - Şotlandiyada
Məşhur ingilis İngiltərə klubuna “yox” dedi
Cerrard baş məşqçi təyin edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər