AFFA-dan cəzalar -İntizam Komitəsinin qərarı
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Sportfm.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 finalında keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz” - “Turan Tovuz” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” - “Sabah” oyununda qonaq komandanın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” - “Sabah” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Oxşar xəbərlər
Klubların cəzası açıqlandı - QƏRAR
İntizam Komitəsinin qərarları - AFFA
AFFA klubları cərimələdi - Qərar
AFFA klubları cərimələdi - 800 manat
I Divizion klublarının cəzası açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası