Klubların cəzası açıqlandı -QƏRAR
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Misli Premyer Liqasının 29-cu turunun “Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.
Misli Premyer Liqasının 29-cu turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.
Oxşar xəbərlər
Cəza və cərimələr açıqlandı - QƏRAR
"Neftçi" 12 min manat cərimələndi - QƏRAR
İntizam Komitəsinin qərarları - AFFA
AFFA klubları cərimələdi - Qərar
Rəşad Sadıqova xəbərdarlıq edildi - İntizam Komitəsinin qərarı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası