Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərə klubunda yeni baş məşqçi -RƏSMİ
İngiltərənin “Kristal Pelas” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.
Sportfm.az xəbər verir ki, London təmsilçisi Tomas Frankla müqavilə imzalayıb. 53 yaşlı danimarkalı mütəxəssislə anlaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Frank bu vəzifədə noyabrın 12-də istefaya göndərilən fransalı Pyer Saşı əvəzləyib. “Kristal Pelas” cari mövsüm turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın 17-ci yerdəki rəqibindən 2 xal geri qaldığı bildirilir.
Qeyd edək ki, Tomas Frank daha əvvəl Danimarkanın “Bröndbü”, İngiltərənin “Brentford” və “Tottenhem” klublarına rəhbərlik edib.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı - RƏSMİ
"Lester Siti" yeni baş məşqçisini rəsmən açıqladı
“Nottingem Forest”də yeni baş məşqçi - RƏSMİ
72 yaşlı məşqçinin sözləşməsi uzadıldı
İngiltərə klubu türk futbolçunun transferi üçün böyük büdcə ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası