Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" iranlı hücumçu ilə gücləndi -Transfer
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası heyəti yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, son olaraq İran təmsilçisi "Sepahan"da çıxış edən Əli Qurbani ilə müqavilə imzalanıb.
29 yaşlı forvard 1+1 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Əli Qurbani karyerası ərzində ölkəsində "Nassaci", "Qahar", "Naft Tehran", "Esteqlal" klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyanın "Spartak" (Trnava) klubunun şərəfini qoruyub.
Oxşar xəbərlər
Yığmamızın hücumçusu İran klubunda - 1 illik müqavilə
Mario Balotellinin yeni klubu məlum oldu
İran millisinin üzvü rəsmən "Sumqayıt"da - FOTO
"Sumqayıt" yeni futbolçu ilə gücləndi
"Sumqayıt" Elnur Abdullayev ilə müqavilə imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası