reklam
Daha bir boksçumuz fəxri kürsünün ən yüksək pilləsində -
Sportfm.az xəbər saytı

Daha bir boksçumuz fəxri kürsünün ən yüksək pilləsində -Avropa çempionatı


Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz Avropa çempionu olub.

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.

Oxşar xəbərlər

İki boksçumuz finalda - Avropa çempionatı
4 boksçumuz 1/4 finalda - Avropa çempionatı
Daha bir boksçumuz Avropa çempionudur
Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu
Boksçumuz tarix yazdı - İlk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər