reklam
İran millisinin üzvü rəsmən
Sportfm.az xəbər saytı

İran millisinin üzvü rəsmən "Sumqayıt"da -FOTO


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaş "Sumqayıt"ın heyətində 70 nömrəli formada çıxış edəcək.

Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).

26 yaşlı futbolçu 2014-cü ilin aprelində İran yığma komandasına dəvət alıb. Karluş Keyruşun dönəmində milliyə çağırılan futbolçu Anqola və Belarusla yoldaşlıq görüşlərində 85 dəqiqə meydanda olub.

 

Image may contain: 1 person, smiling

Oxşar xəbərlər

“Sumqayıt”da cənubi azərbaycanlı hücumçu - Transfer
"Sumqayıt" iranlı hücumçu ilə gücləndi - Transfer
"Keşlə"nin üzvü "Sumqayıt"la müqavilə bağladı
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
“Sumqayıt” daha bir transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər