Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurbanovun 900-cü oyunu
Azərbaycan Premyer Liqasının 12-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
“Kəpəz”lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa “Neftçi”də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.
Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.
“Qarabağ”dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.
İki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da “Neftçi”nin “sükanı arxası”nda “Gənclərbirliyi” ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər matçında (2:1) “Qarabağ”ı ilk sınağa çıxarıb.

Oxşar xəbərlər
Qurbanovun 500-cü qələbəsi
Qurban Qurbanov - 800-cü oyun
Qurbanovun Premyer Liqada 500-cü oyunu
Qurban Qurbanov “300”-ə çatdı
Qurban Qurbanovun 200-cü qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası