reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş" – "Hapoel" matçı yarımçıq dayandırıldı


UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.
Sportfm.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.

İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.

Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.

Oxşar xəbərlər

“Beşiktaş” “Hapoel”ə qarşı - Avropa Liqası
“Beşiktaş”ın təyyarəsi Batumidə eniş edə bilmədi
Türkiyə üçün qadağa - Qərar
"Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar verildi
Türkiyə klubu azarkeşlərinə rəsmən qadağa qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər