reklam
Sportfm.az xəbər saytı

"Təcrübə hər zaman sözünü deyir” -“Turan”ın baş məşqçisi


Çempionlar Liqasında təcrübəli voleybolçularla çıxış etmək daha doğrudur.
Sportfm.az xəbər verir ki, bu barədə “Turan” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

O, CEV Çempionlar Liqasında Xorvatiya təmsilçisi “Mladost”a (Zaqreb, Xorvatiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:

“Avropada təlim-məşq toplanışı qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları, sonda isə “Fənərbaxça” ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq zamanı həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub. Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Təcrübə hər zaman sözünü deyir”.

Rəcəbov onları gərgin oyunun gözlədiyini vurğulayıb:

“Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.

“Turan” CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Mladost” (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi - Premyer Liqa
"Turan" Çempionlar Liqasına hazırlaşır
Klublarımızın avrokuboklardakı rəqibləri məlum oldu
Mahirin komandasının potensial rəqibi məlum oldu - Çempionlar Liqası
“Qalatasaray” Çempionlar Liqasına başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər