Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-nın texniki direktoru səfərdə
AFFA-nın texniki direktoru Edmond Klaus oktyabrın 2-dən 4-dək Azərbaycanın qərb bölgəsində səfərdə olub.
Sportfm.az xəbər verir ki, səfər çərçivəsində Gəncə, Tovuz, Göygöl və Qəbələ şəhərlərində futbolun inkişafı, akademiyaların fəaliyyəti və aşağı yaş qruplarında futbolçu hazırlığı ilə bağlı görüşlər keçirilib, məşq və oyunlar izlənilib.
Gəncədə “Kəpəz” klubunun rəhbərliyi və Akademiyasının məşqçiləri ilə, Tovuzda isə “Turan Tovuz”un Akademiyasının rəhbərliyi və məşqçiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı klubların və akademiyaların fəaliyyəti, futbolçu inkişafı və hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər zamanı müxtəlif yaş qrupları üzrə oyun və məşqlərə baxış keçirilib. Həmçinin Qəbələ Futbol Akademiyasının infrastrukturu ilə tanışlıq olub.
Səfərin əsas məqsədi regionlarda futbolun inkişafı, aşağı yaş qruplarında futbolçu hazırlığının vəziyyətinin qiymətləndirilməsi və akademiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq olub.

Oxşar xəbərlər
AFFA bölgə klublarının akademiyasında oldu - FOTO
AFFA-da növbəti toplantı və təyinat - RƏSMİ
AFFA rəsmiləri UEFA rəsmisi ilə görüşdülər - FOTO
AFFA nümayəndələrinin Gəncə akademiyalarında
Klub nümayəndələri ilə onlayn görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası