reklam
Sportfm.az xəbər saytı

"Neftçi"ni Şamaxıda da üzdülər -Premyer Liqa


Misli Premyer Liqasında 5-ci turun oyunları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib.

Bu, meydan sahiblərinin yeni mövsümdə ilk ev oyunu olub. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Neftçi"nin qələbəsi oyunlar seriyası 5-ə çatıb. "Ağ-qaralar" 4 oyunda heç-heçə edib, 1 görüşdə isə uduzub.

Günün ikinci matçında isə “Sabah” Tovuzda “Kəpəz”in qonağı olacaq. Adil Şükürovun baş məşqçi vəzifəsindən getməsindən sonra Gəncə klubunu bu oyuna əvəzedici heyətin çalışdırıcısı Xaliq Mərdanov çıxaracaq.

Qeyd edək ki, dünən start götürən tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası

5-ci tur

31 avqust (şənbə)

17:00. “Şamaxı” – “Neftçi” - 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

Şamaxı şəhər stadionu

19:30.“Kəpəz” –“Sabah”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

1 sentyabr (bazar)

20:45.“Zirə” - “Qarabağ”

30 avqust (cümə)

“Sumqayıt” - “Araz-Naxçıvan” - 0:1

“Turan Tovuz” - “Səbail” - 1:0

Oxşar xəbərlər

“Neftçi” "Şamaxı"ya, "Kəpəz" “Sabah”a qarşı -
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Neftçi”yə, “Sabah” “Qəbələ”yə qarşı - Misli Premyer Liqası
"Turan Tovuz" "Səbail"ə, "Zirə" "Sabah"a qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Araz-Naxçıvan"a, "Sabah" "Neftçi"yə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər