reklam
Ervin Koffinin cəzası azaldıldı -
Sportfm.az xəbər saytı

Ervin Koffinin cəzası azaldıldı -QƏRAR


“Neftçi”nin futbolçusu Ervin Koffinin cəzası azaldılıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Cinah müdafiəçisinə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya üç aylıq sınaq müddəti verilib.

Fransalı müdafiəçi “Səbail”lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın 2-ci turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi. “Ağ-qaralar”a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

Ervin Koffinin cəzası azaldıldı - QƏRAR
“Zirə”nin şikayəti qismən təmin edildi
“Zirə”nin şikayəti təmin edildi - Qərar
Abasovun cəzası yüngülləşdirildi - QƏRAR
AFFA "Sabah"ı razı saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər