reklam
“Müqəddəs atəş hələ sönməyib
Sportfm.az xəbər saytı

“Müqəddəs atəş hələ sönməyib" -De Byazi


Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi “Tuttomercato” nəşrinə açıqlama verib.
Sportfm.az xəbər verir ki, 67 yaşlı mütəxəssis nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib:

“Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FİFA reytinqində 120-ci yerdə olan komandadır. Lakin istənilən halda, İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq”.

De Byazi işləməyə davam etmək istədiyini deyib:

“Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.

De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.

Oxşar xəbərlər

De Byazi Azərbaycan millisindən göndərildi
De Byazi böyüməkdən dəm vurur
De Byazi İtaliyaya qayıtmaq istəmir
Canni De Byazi federasiyanın qərarını gözləyir - AÇIQLAMA
"Bütün diqqətim Azərbaycan millisindədir" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər