reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin futbolçusu üzr istədi -“Səhvimi başa düşürəm"


“Neftçi-2″nin futbolçusu Rüfət Abbasov Əvəzedicilər Liqasının “Sabah-2” ilə oyunundan sonra (0:1) açıqlama verib.
Sportfm.az xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqib futbolçunu qəsdən vuraraq meydandan kənarlaşdırılan müdafiəçi kobud hərəkətinə görə üzr istəyib:

“Səhvimi başa düşürəm. Etdiyim hərəkət peşəkar futbolçuya yaraşan hərəkət deyildi, bunu anlayıram. Matçın son dəqiqələri idi, məğlub olurduq, üstəlik, oyunum da alınmırdı. Bu səbəbdən gərgin idim və həmin an əsəblərimi cilovlaya bilmədim. Bütün komanda yoldaşlarımdan, məşqçi heyətimizdən, rəqib komandadan və şəxsən Səbuhi Qurbanovdan etdiyim hərəkətə görə üzr istəyirəm.

Oyundan sonra Səbuhi ilə şəxsən görüşdüm və üzrxahlığımı bildirdim. “Neftçi”nin əsas heyətinə dəvət olunan futbolçunun bu cür hərəkətə yol verməməli olduğunu başa düşürəm. Gələcəkdə bu cür halların bir daha təkrarlanmamasına çalışacam”.

Oxşar xəbərlər

"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
"Gəncə"nin baş məşqçisi məğlubiyyətə görə üzr istədi
"Etdiyim hərəkətə görə peşmanam" - Yığmamızın futbolçusu
Çııxış etdiyi klubun baş məşqçisini təhqir etdi - Azərbaycanda
"Kəpəz" və "Qəbələ" cərimələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər