“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək -Zelenski danışıqlara başladı
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Fənərbaxça” matçı İngiltərədə keçirilə bilər.
Sportfm.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski oyunun İngiltərədə keçirilməsi üçün şəxsən danışıqlara başlayıb. Zelenski oyunun “Uembli” stadionunda keçirilməsini istəyir.
ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Ukrayna klubları ev oyunlarını bu ölkədə keçirəcək
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ukraynadakı Olimpiya İdman Kompleksi atəşə tutuldu
Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası