Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Daha bir ukraynalı futbolçu Rusiya ilə müharibədə həlak olub.
Sportfm.az xəbər verir ki, “Çayka”nın keçmiş futbolçusu Aleksandr Suxenkonun meyiti Kiyev vilayətindəki meşədə tapılıb.
25 yaşlı mərhum hücumçu ilə birlikdə valideynləri də öldürülüb.
Daha əvvəl “Krivbas” klubunun keçmiş futbolçusu Volodimir Kolesnik, “Qostomel”dən Dmitri Martinenko, “Karpatı” (Lvov) komandasından Vitali Sapilo və “Sluç” klubunun oyunçusu Boqdan Semençuk müharibədə öldürülüb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Daha bir futbolçu müharibədə həlak oldu - Müharibə
Premyer Liqa klublarına qadağa – Rusiya və Ukraynadan…
Rusiyanın şikayəti təmin olunmadı - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası