reklam
Türk futbolçudan vəhşilik -
Sportfm.az xəbər saytı

Türk futbolçudan vəhşilik -FOTO


Türkiyəli futbolçu Özer Hurmacı həyat yoldaşı Mihriban Hurmacıya qarşı fiziki zorakılıq tətbiq edib.

Sportfm.az xəbər verir ki, bu barədə Mihriban Hurmacı sosial şəbəkədə məlumat verib.

Zərərçəkən bildirib ki, Özer Hurmacı ötən ay ondan boşanmaq istəyən həyat yoldaşını uşaqlarının gözü önündə döyüb.

Mihriban üzü qan içində olan görüntülərini yayımlayaraq ərinin ona qarşı şiddət tətbiq etdiyini bildirib. 

O, əvvəl ərinin telefonunda başqa qadınlara aid foto və videolar görüb. Bundan sonra cütlük arasında mübahisə başlayıb. Özer Mihribanı sürüyərək zorla otağa çəkib və orada onu döyməyə başlayıb. Başını evin pəncərələrinə vurub. 

Mihriban başına gələnləri sosial şəbəkə hesabında açıqladıqdan sonra futbolçu əri həbs olunub.

Qeyd edək ki, cütlük 6 ildir evlidir, onların 3 övladı var.

Oxşar xəbərlər

Məşhur oyunçunu 5 il müddətinə həbs gözləyir - Həyat yoldaşını döyməkdə ittiham olunur
Dabonun cəzası nə olacaq? - “Neftçi” açıqladı
Həyat yoldaşı onun gələn mövsüm oynayacağı klubu açıqladı
"Dul qadınsan, zalda nə işin var?" sözlərini qulaqardına vurdu, ölkə çempionu oldu - Həyat hekayəsi
Ulduz idmançı həyat yoldaşını Wi-Fi ötürücünü söndürməklə hədələdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər