Dabonun cəzası nə olacaq? -“Neftçi” açıqladı
“Neftçi” klubu futbolçusu Baqali Daboyla bağlı qərarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Ağ-qaralar”ın yaydığı məlumatda bunlar qeyd olunub:
“Məlumat verdiyimiz kimi, klub rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. “Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək”.
Baqali Dabonun həyat yoldaşı bir neçə gün əvvəl sosial şəbəkə hesabında futbolçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.
Oxşar xəbərlər
Baqali Dabo yeni klubunun formasında - FOTO
"Neftçi" Dabonu hədələyən açıqlama yaydı - RƏSMİ
Dabo "Qarabağ" formasında - FOTO
“Neftçi” bəyanat yaydı
"Neftçi"dən növbəti transfer - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
Daha bir boksçumuz Avropa çempionudur
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı
-
“Kür” növbəti mərhələyə vəsiqə qazandı - EHF Avropa Kuboku














Misli Premyer Liqası