Avropa Superliqasının fəaliyyəti dayandırıldı -RƏSMİ
Bir neçə gün öncə yaradılan Avropa Superliqası layihəsi yenidən nəzərdən keçiriləcək.
Sportfm.az xəbər verir ki, bunu qurumun rəsmisi olan jurnalist Rob Harris tvitter səhifəsində elan edib. O, turnirin hələlik fəaliyyətini dayandırdığını bildirib:
“Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik. Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir".
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Superliqadan çıxdıqlarını elan ediblər. “Sky Sport”un məlumatına görə isə tezliklə "Milan" və "İnter" də turniri tərk edəcəklər.
Oxşar xəbərlər
UEFA sanksiyaları ləğv etdi - “Real”, “Barselona” və “Yuventus” cəzalanmayacaq
Avropa nəhənglərinə intizam işi açıldı - Superliqadan geri çəkilmirlər
Super Liqa olmayacaq? - 6 komanda yarışdan çıxdı
Avropa Superliqası ilə bağlı gizli bilgi - AÇIQLAMA
Özil də qarşı çıxdı - Avropa Superliqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası