reklam
Sportfm.az xəbər saytı

"İnter", "Qarabağ", "Qəbələ" və "Neftçi" yarımfinalda


Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. 
Sportfm.az xəbər verir ki, keçiriləcək 4 qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşəcək. 
Günün ilk oyunu Gəncədə keçiriləcək. "Kəpəz” ilk oyunda 2 cavabsız qolla uduzduğu "İnter”i sınağa çəkəcək. Bakıdakı yenilgiyə baxmayaraq, Şahin Diniyevin komandası hələ də yarımfinal ümidini itirməyib. 
Sumqayıtda eyniadlı komanda "Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6 cavabsız qolla qalib gələn Ağdam klubu cavab matçını formallığa çevirib. 
Elə "Neftçi” - "Zirə” qarşıdurmasında da cütün taleyi böyük ölçüdə həll olunub. "Ağ-qaralar” hər nə qədər qeyri-stabil çıxış etsələr də, Adil Şükürovun komandasının bu gün 4 cavabsız qolla qalib gələcəyi inandırıcı deyil.  
AZAL - "Qəbələ” görüşü maraqla gözlənilir. İlk matçda səfərdə əzmkar qələbə qazanan Roman Qriqorçukun komandası favoritdir. Lakin "təyyarəçilər”in vuracağı 1 qol intiriqanı bərpa edə bilər. 

Azərbaycan kuboku 
1/4 final mərhələsinin cavab oyunları 
21 dekabr
AZAL - "Qəbələ” 0:1
Qol: Asif Məmmədov, 53 
İlk oyun - 1:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
"AZAL Arena”
 
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 80. Bəhlul Mustafazadə, 90 Ramil Hasanov 
Baş məşqçi: Roman Qriqorçuk

"Neftçi” - "Zirə” 1:2
Qollar: Rahil Məmmədov, 40 - Milan Duriç, 32, Tural Cəlilov, 85
İlk oyun - 3:0
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
8-ci kilometr qəsəbə stadionu
 
"Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo. 13. Murad Ağayev, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
 
"Zirə”: 85. Kamal Bayramov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 18. Tural Cəlilov, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 7. Gerhard Proqni, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 92. Cavid Tağıyev, 55. Cəmil Hacıyev, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov
Baş məşqçi: Adil Şükürov
 
"Sumqayıt” - "Qarabağ” 2:5
Qollar: Amil Yunanov, 14, 80 - Namiq Ələsgərov, 8, 16, 82, Vüqar Nadirov, 70; Rahid Əmirquliyev, 90
İlk oyun - 0:6
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 
"Kapital Bank Arena”
 
"Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 38. Ülvi Süleymanov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Məşqçi: Seymur Rəhimov

"Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 64. Emil Balayev, 16. İbrahim Aslanlı, 23. Elgün Uluxanov, 29. Şahin Əliyev, 34. Salman Cəfərov, 71. Vüqar Nadirov, 88. Elçin Rəhimli 
Baş məşqçi: Qurban Qurbanov

"Kəpəz” - "İnter” - 0:0
İlk oyun - 0:2
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
İlk oyun – 0:2
Gəncə şəhər stadionu
 
"Kəpəz”: 88. Tadas Simaitis, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov (k),
23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjio Kosta, 80. Tural Rzayev, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 17. Nicat Qurbanov, 7. Vüqar Bəybalayev, 18. Tural Axundov, 10. Dario Frederiko Junior, 9. Tural Qürbətov, 16. Emin Zamanov 
Baş məşqçi: Şahin Diniyev

"İnter”: 1. Səlahət Ağayev (k), 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 55. Ağabala Ramazanov, 6. Samir Zərgərov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 2. Sərtan Taşkın, 19. Mirhüseyn Seyidov 
Baş məşqçi: Zaur Svanadze

Oxşar xəbərlər

"Zirə"dən qələbə, Sumqayıtda sülh
"İnter" AZAL-ı, "Sumqayıt" "Neftçi"ni məğlub etdi
"Qarabağ" - "Kəpəz" 1:0 -
"İnter" səfərdə, "Kəpəz"evdə sevindi
Topaz Premyer Liqası: "Zirə" qalib gəldi, "Kəpəz" Bakıdan heç-heçə ilə dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər