reklam
Topaz Premyer Liqası:
Sportfm.az xəbər saytı

Topaz Premyer Liqası: "Zirə" qalib gəldi, "Kəpəz" Bakıdan heç-heçə ilə dönür


 
Topaz Premyer Liqasında III tura start verilib. Sportfm.az saytının məlumatına görə, cəmi 3 matçdan ibarət olacaq turun ilk oyun günündə iki qarşılaşma baş tutub. İlk oyun Zirədə olub. Yerli komanda AZAL-ı qəbul edib. İlk iki matçdan sonra qol və qələbə üzü görməyən "təyyarəçiər” tilsimi bu dəfə də qıra bilməyiblər. Tərlan Əhmədovun yetirmələri 1:3 hesablı məğlubiyyətə üzülübülər.
 
"İnter" isə iddialı başladığı və yaxşı start verdiyi mövsümdə hələ ki, bu dəfə heç-heçəyə razılaşıb. Çempionluğun əsas namizədləri "Qarabağ”la oyunda qələbə və "Qəbələ” ilə matçda heç-heçə edən Zaur Svanadzeninin yetirmələri doğma meydanda "Kəpəz"lə bacarmayıb. Matçda hesabı "bankirlər" açsalar da, sonradan qonaqlar iki dəfə fərqləniblər. Ancaq matçın son dəqiqəsində Ruslan Abışov cərimə zərbəsini dəqiq yerinə yetirərək "Qarabağ"la oyunda olduğu kimi bu dəfə komandasının xilaskarına çevrilib.
 
Topaz Premyer Liqası
III tur
19 avqust (cümə)
 
"İnter” – "Kəpəz” - 2:2
Qollar: Skarlatake, 25, Ruslan Abışov, 90 - Tural Axundov, 28 (pen.), Ebah, 72

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena”
 
"İnter”: 1. Səlahət Ağayev (k), 3. Denis Silva Kruz, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake , 17. Abbas Hüseynov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 7. Mirsahib Abbasov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
 
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 10. Dario Federiko, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vüqar Bəybalayev, 90. Julien Ebah, 17. Nicat Qurbanov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev
 
 
"Zirə” – AZAL - 3:1
Qollar: Gerhard Proqni, 39, 85, Elvin Məmmədov, 45 (pen.) - David Canalidze, 67

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu

"Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 18. Tural Cəlilov, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Cəmil Hacıyev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 17. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev, 99. Yasin Həmid
Baş məşqçi: Adil Şükürov
 
AZAL: 23. Aqil Məmmədov, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 18. Ruslan Əmircanov, 21. David Canelidze
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Mirzağa Hüseynpur, 27. Elton Hüseynov, 95. Şirməmməd Məmmədov, 5.Kamil Hüseynov, 9. Röyal Nəcəfov, 36. Rinat Aşurov
Baş məşqçi: Tərlan Əhmədov
 

Oxşar xəbərlər

Gəncədə hesab açılmadı
"Kəpəz" səfərdə, "Zirə" evdə sevindi
"İnter" iki top fərqiylə öndə - YENİLƏNİB
"İnter" səfərdə, "Kəpəz"evdə sevindi
"Kəpəz" AZAL-ın müqavimətini qıra bilmədi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər