reklam
Sportfm.az xəbər saytı

"Keşlə" Bakıda oynaya biləcəkmi? -RƏSMİ


"Bizim üçün adi oyun olacaq və qarşılaşma azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən meydan amili matça təsir etməyəcək".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

Funksioner komandasının mərhələ adlayacağına inandığını söyləyib: "Evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir".

Klub rəsmisi “Keşlə”ni az da olsa tanıdığını vurğulayıb: "İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".

Halili deyib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün, matçın başqa ölkədə keçirilməsi mümkündür: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək". 

Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

 

Oxşar xəbərlər

“Keşlə”nin rəqibi böyük hesabla uduzdu - Yoxlama oyunu
"Azərbaycan komandası ilə matç çətin olacaq" - Albaniya klubunun baş məşqçi
“Keşlə”dən püşkə münasibət - “Avroliqada asan rəqib yoxdur”
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri bilindi - Avropa Liqası
"Kukesi"nin iki futbolçusu "Keşlə"də?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər