Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Azərbaycan komandası ilə matç çətin olacaq" -Albaniya klubunun baş məşqçi
"Keşlə" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubu yoxlama görüşü keçirib.
Sportfm.az xəbər verir ki, komanda "Apoloniya" ilə üz-üzə gəlib. Qarşılaşma "Laçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın baş məşqçisi Armando Kunqu "Panorama" nəşrinə açıqlama verib. Görüş haqqında qısa danışan 47 yaşlı albaniyalı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib: "Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”.
Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
“Keşlə”nin rəqibi böyük hesabla uduzdu - Yoxlama oyunu
"Keşlə" ilə matçda futbolçuları cəsarətləndirdim" - “Laçi”nin baş məşqçisi
"Keşlə" Bakıda oynaya biləcəkmi? - RƏSMİ
Miçoviç: "Keşlə"yə çətin anlar yaşatmağa çalışacağıq"
“Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası