Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Keşlə”dən püşkə münasibət -“Avroliqada asan rəqib yoxdur”
“Keşlə”nin baş məşqçi əvəzi Zaur İsmayılov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportfm.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Bununla əlaqədar Z.İsmayılov “Keşlə”nin mətbuat xidmətinə deyib:
“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq “Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçuları var”.
Qeyd edək ki, “Keşlə” – “Laçi” matçı avqustun 27-də keçiriləcək.
Oxşar xəbərlər
"Keşlə" mübarizəni dayandırdı - YENİLƏNİB
"Keşlə"nin futbolçuları rəmzi komandada
PFL iki oyunun hakimini dəyişdi
"Keşlə" Malta səddini keçə bilmədi
Miçoviç: "Keşlə"yə çətin anlar yaşatmağa çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası