Oyunçular virusa yoluxsa da, matçlar davam edəcək -AÇIQLAMA
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Super Liqanın nə olur olsun, davam etdiriləcəyini deyib.
Sportfm.az yerli mətbuata istinadən xəbər verir ki, Özdəmir, komandaların üzvlərində koronavirus aşkarlansa belə, Super Liqanın davam etdiriləcəyini bildirib:
“Liqalar 12 iyunda başlamasa, bunun 19-u, 26-sı, iyulun əvvəli var. Liqaların oynanılmama ehtimalını düşünmək istəmirik. Oynayaraq Super Liqada mövsümü bitirəcəyik. Səhiyyə Nazirliyi ilə görüşdük və bizə “siz bir qurumsuz və özünüz qərarlar ala bilərsiz” dedilər. Komandalar daim testlərdən keçəcək. Koronavirus aşkarlanan futbolçular komandalarından ayrılıb, karantinə alınacaq. Bundesliqada komandalarda 14 futbolçu qalsa belə, liqanın davam etdiriləcəyi qeyd olunur. Bizim də hədəfimiz budur”.
Almaniya Bundesliqası dünəndən yenidən start götürüb. Türkiyə Super Liqasının da iyunun 12-dən bərpa olunacağı açıqlanıb.
Oxşar xəbərlər
Türkiyə Super Liqasının başlanacağı tarix dəqiqləşdi – Müjdə
Razılığa gəlindi - Super Liqa oynanılacaq
Türkiyə Super Liqası başlayır - Tarix açıqlandı
Super Liqa başlayır! - TFF açıqlama verdi
Türkiyə Super Liqası bərpa edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası