Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maradona həmyerlisini müdafiə etdi
Argentina futbolunun əfsanəsi Dieqo Maradona Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeoneyə tərif yağıdırıb. Komanda.az xəbər verir ki, Maradona Simeoneni tərifləməklə yanaşı, həmyerlisini tənqid edənlərə də cavab verib. O, Simeoneni baxımsız futbola üstünlük verməkdə ittiham edənləri hədəf seçib: "Simeone əla iş görür. Mən ona insan kimi də, peşəkar kimi də hörmət edirəm. O, "Real" və "Barselona" ilə başabaş mübarizə aparır. Simeonenin futbolu darıxdırıcıdı? Bəs "Bavariya" və "Ayaks" nə qazanır? Baxımlı futbol göstərən komandalar hanı? Bəli, "Ayaks" baxımlı futbol sərgiləyir, amma heç nə qazanmır.
"Bavariya" da Almaniyada bütün titulları qazanır. Ancaq ölkə sərhədlərindən 100 km o tərəf keçən kimi bu komandanın problemləri başlayır".
Oxşar xəbərlər
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Dieqo Maradona istefa verdi
Maradona millinin oyunçularını tənqid etdi
Maradona: "İslandiyanın müdafiə olunması cinayət deyil"
Maradona: "Messi lider olmaq istəmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası