Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maradona: "İslandiyanın müdafiə olunması cinayət deyil"
Argentina futbolunun əfsanəsi Dieqo Maradona Avropa çempionatının 1/4 finalında keçiriləcək Fransa - İslandiya oyunu barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Maradona "Times of İndia” üçün bu oyunla bağlı köşə yazıb. O, Fransanın müdafiə xəttində boşluqların olduğunu bildirib. Maradona İslandiyanın müdafiə olunmasının cinayət olmadığını yazıb:
"Biz hətta Braziliya kimi böyük komandanın da öz meydanında keçirilən turnirdə təzyiqə davam gətirmədiyini gördük. Ancaq Fransa İrlandiya ilə oyunda dönüş yaratmaq üçün tribunaların dəstəyindən yararlana bildi. Fransa fiziki cəhətdən çox güclü komandadı. Onların əla yarımmüdafiə xətti var.
Hesab edirəm ki, İslandiya pressinqdən yararlanacaq. Taktiki sxemi sahib olduğun resurslara görə qurmalısan. İslandiya dərindən müdafiə olunacaq ki, bu da cinayət deyil.
Varanın zədələnməsi Fransanın müdafiə xəttini kifayət qədər zəiflədib. Cinahlarda oynayan Evra və Sanya əvvəlki kimi sürətli deyillər. Deşam onlardan ona görə yararlanır ki, alternativ variantı yoxdu. İslandiya yığmasının əks-hücumlar qurmaq üçün şansı olacaq. Fransanın müdafiəsini Avropa çempionatında hələ istənilən səviyyədə yoxlamaq mümkün olmayıb”.
Oxşar xəbərlər
Maradonanın adı əbədiləşdirildi - Dieqo Armando Maradona kuboku olacaq
Dieqo Maradona FİFA-dan üzr istədi
Dünya futbolunun canlı əfsanəsi:”Fidel Kastro mənə ata əvəzi idi”
Maradona həmyerlisini müdafiə etdi
Maradona: "Messi lider olmaq istəmir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası