reklam
Sportfm.az xəbər saytı

"Carlsberg Summer Cup 2019" başa çatdı, BAT komandası hamıdan güclü oldu -VİDEO, FOTOLAR


Minifutbol üzrə daha bir mötəbər turnirə yekun vurulub. 

Sportfm.az xəbər verir ki, "Carlsberg Azərbaycan" şirkətinin təşkilatçılığı ilə həvəskarlar arasında keçirilən yarışda bir çox futbol və futzal veteranları çıxış edib. Paytaxtdakı Tennis Akademiyasının stadionunda baş tutan turnirə iyunun 29-da start verilib. 4 qrupda 12 komandanın mübarizə apardığı "Carlsberg Summer Cup 2019"un 1/4 final mərhələsində maraqlı görüşlər baş tutub. Həftəsonu keçirilən qarşılaşmalar zamanı yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirən "Carlsberg Azərbaycan" şirkəti heç bir komandanı diqqətdən kənarda qoymayıb. Turnirboyu komandaların əksər oyunlarda bir-birinə güc gələ bilməməsi, bərabər futbol nümayiş etdirməsi "Carlsberg Summer Cup 2019" səviyyəsindən xəbər verir. Görüşlər zamanı hakim idarəçiliyi, oyunətrafı məqamların nizam-intizamla tənzimlənməsi iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib. 

İyulun 14-də xeyli sayda azarkeşin izlədiyi turnirin final matçı isə öz intriqası ilə seçilib. "Access Bank" və BAT komandalarının üz-üzə gəldiyi oyunun əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib. Gərgin mübarizəyə səhnə olan görüşün ilk hissəsində BAT-ın üzvü Cəfər Cəfərov rəqib qolkiperi məyus edib. İkinci hissədə isə özündə güc tapan "Access Bank" hesabı bərabərləşdirib. Matçın bitimində reqlamentə əsasan penaltilər seriyasına keçilib. Burda isə BAT-ın futbolçuları "bankçılar"dan daha sərrast olub 5-4. Bununla da BAT komandası "Carlsberg Summer Cup 2019"un qalibi olaraq kuboku baş üzərinə qaldırıb. 

Qeyd edək ki, yarışın reqlamentinə əsasən, qaliblər iyulun sonunda "Carlsberg Azərbaycan" şirkətinin dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşəcək. 

Videonu izləmək üçün klikləyin. 

Oxşar xəbərlər

SME-1 komandası mini-futbol turnirini qazandı - FOTO
Bakıda daha bir minifutbol turniri start götürür - FOTOLAR
Carlsberg Summer Cup 2019
Şəhriyar Məmmədyarov dörddəbir finala yüksəldi
Alfa Liqanın qalibi məlum oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər