reklam
Bakıda daha bir minifutbol turniri start götürür -
Sportfm.az xəbər saytı

Bakıda daha bir minifutbol turniri start götürür -FOTOLAR


Bakıda həvəskarlar arasında daha bir minifutbol turniri start götürəcək. 

Sportfm.az xəbər verir ki, "Avrora" şirkətinin təşkilatçılığı ilə 24 komandanın 6 qrupda qüvvəsini sınayacağı yarış keçiriləcək. Artıq turnirin püşkatma mərasimi də baş tutub. Tədbirdə söz alan "Avrora" şirkətinin prezidenti Ceyhun Abbasov turnir iştirakçılarına uğurlar arzulamaqla bərabər hər kəsi ədalətli oyun qaydalarına riayət etməyə səsləyib. Püşkatmada təşkilatçılar komandaların üzvlərini reqlamentlə və oyun qaydaları ilə ətraflı tanış edib.

Böyükşorda yerləşən minifutbol stadionlarında baş tutacaq matçlarda ancaq şirkətin əməkdaşları mübarizə aparacaq. "Avrora Summer Cup 2019" adlanan turnirdə birinci yeri tutan komanda kubokla yanaşı, 3 min manat mükafat da qazanacaq. Yarışda gümüş medal qazananlar həmçinin 2 min manatın sahibi olacaqlar. Şirkət işçilərinin turnirində 3-cü olan kollektiv isə min manat "irəli düşəcək". 

"Avrora Summer Cup 2019"-da xüsusi nominasiyalara layiq görülən oyunçular üçün də dəyərli hədəiyyələrlə yanaşı, pul mükafatı da olacaq. Hər komandanın heyətində 6 nəfərin startda meydana çıxacağı turnirin gedişində "Avrora" şirkətinin yığma komandasına oyunçular da seçiləcək. 

Qeyd edək ki, turnir avqustun 3-də start götürəcək və 52 qarşılaşma sonunda qalib müəyyənləşəcək. 

 

Oxşar xəbərlər

“İpək Yolu Kuboku” turniri start götürür
AFFA Birinci Divizion komandalarını çempionata çağırdı
"Carlsberg Summer Cup 2019" başa çatdı, BAT komandası hamıdan güclü oldu - VİDEO, FOTOLAR
"Azfar Group" jurnalistləri təbrik etdi - FOTO
Bakıda mini futbol üzrə turnirin açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər