reklam
SME-1 komandası mini-futbol turnirini qazandı -
Sportfm.az xəbər saytı

SME-1 komandası mini-futbol turnirini qazandı -FOTO


"Kapital Bank"ın təşkilatçılğı və dəstəyi ilə keçirilən mini-futbol turniri başa çatıb. 

Sportfm.az xəbər verir ki, 44 günlük Haqq Savaşında şəhid olmuş Fərhad Fərhadlının xatirəsinə həsr edilmiş yarışın qalibi SME-1 komandası olub.

Final qarşılaşmasında "Birkart BOKT" komandasını 8-3 hesabı ilə məğlub edən SME-1 kuboku başı üzərinə qaldırıb. 

Bankın dəstəyi ilə Böyükşorda yerləşən "Azfar" stadionunda baş tutan 3-cü yer uğrunda matçda isə KAD "Gənclik Qarabağ"a qalib gələrək bürünc medalları əldə edib. 

Yarışda müxtəlif nominasiyalar üzrə qaliblər də müəyyən edilib. SME-1 komandasının qapıçısı Samir Hüseynov "ən yaxşı qapıçı" olub. Bombardir - Birkart BOKT-un üzvü  Rəhim Kərimov da xüsusi mükafata layiq görülüb. Bu komandanın digər üzvü Fərid Kərimov isə "ən yaxşı oyunçu" adını qazanıb. 

Turnir boyu könüllü surətdə təşkilati işlərdə köməklərini əsirgəməyən Sultan Qasımov və Vüsal Cəbrayılzadə də diqqətdən kənar qalmayıb. Final görüşünün hakimləri ilə birlikdə onlara da mükafatlar təqdim edilib. 

Qeyd edək ki, yarımfinalda çıxış edən bütün komandaların üzvləri bənk rəhbərliyi tərəfindən təltif edilib. 

 

Oxşar xəbərlər

İmişlidə ən güclü məlum oldu - "114 FK" qızıl medalları qazandı
"Qarabağ Azərbaycandır!" futbol turnirinin qalibi bilindi
Alfa Liqanın qalibi məlum oldu - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
Qusarda mini-futbol turniri başa çatdı - polislər finalda məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər