Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gənclər Gününə həsr olunmuş boulinq yarışı keçirildi -FOTO
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən paytaxtın ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda 15 komanda iştirak edib.
Azərbaycan Universitetinin komandası bütün rəqiblərini qabaqlayaraq birinci olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri yarışı ikinci, Bakı Humanitar Kollecinin komandası isə üçüncü pillədə başa vurublar.
Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.
Oxşar xəbərlər
XIII açıq Bakı turnirinin qalibləri müəyyənləşdi
Bakı birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
Badminton üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası birincidir
Gürcülər Bakıda qalib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası