reklam
Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası birincidir
Sportfm.az xəbər saytı

Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası birincidir


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir. 

Sportfm.az xəbər verir ki, Spartakiadanın təqvim planına idmanın 6 növü - atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis daxildir.  Voleybol üzrə yarışlar Azərbaycan Dənizçilik Kollecinin idman zalında keçirilib.  Qızların yarışında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi tutub. Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin yetirmələri isə üçüncü olublar.  Gərgin idman mübarizəsi şəraitində keçən oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası qalxıb. Gümüş medalla Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri, bürünc mükafatla isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin tələbələri təltif olunublar.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" sonuncu oyununu keçirəcək - Çempionlar Liqası
Gənclər Gününə həsr olunmuş boulinq yarışı keçirildi - FOTO
Yığmamızın oyunlarının tam təqvimi – hamısı eyni saatda
Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirildi
"Gəncə"nin növbəti qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər