reklam
Fanatlar yenə iş başındadı -
Sportfm.az xəbər saytı

Fanatlar yenə iş başındadı -UEFA Serbiya klubunu cəzalandırdı


UEFA İntizam Komitəsi Serbiyanın "Srvena Zvezda" klubunu cəzalandırıb.

Sportfm.az xəbər verir ki, səbəb Litva "Suduva"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunu zamanı baş verənlər olub. İyulun 24-də Belqradda keçirilmiş görüşdə serbiyalı fanatlar irqçi şüarlar səsləndiriblər.

Avropa futbol qurumu "Srvena Zvezda"nı qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirmə cəzasına və 72 min avro cəriməyə məruz qoyub. Daha əvvəl klub doğma azarkeşlərindən 1 oyunluq məhrum edilmişdi. Lakin qayda pozuntusu təkrarlandığından, belqradlılara cəzası ikiqat artırılıb.

Qeyd edək ki, "Suduva" ilə görüş "Srvena Zvezda"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Neftçi" "Srvena Zvezda"ya qarşı - "Matç TV" turniri
İbrahimoviçə görə klubu cərimələndi - 25 min avro
Stadiona tank gətirdilər - FOTO
Fanatlar azarkeşlik etdikləri klubun avtobusunu yandırdı - FOTO
"Srvena Zvezda" 28-ci çempionluğunu rəsmiləşdirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər