"Məşqçilərimə minnətdaram"
Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan kubokunda 62 kiloqram çəki dərəcəsində çıxış edən kişi idmançıların yarışında qalib məlum olub.
Sportfm.az xəbər verir ki, bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə ismayıllılı atleti Məhəmməd Məmmədli qalxıb. O, ümumilikdə 270 kq (120+150) nəticə ilə qızıl medal əldə edib.
Yarışın qalibi qələbə sevincini AAAF TV ilə bölüşərək deyib: “Azərbaycan kubokunu qazandığım üçün çox sevinirəm. Məşqçilərimə minnətdaram. Çünki bu qələbəyə onların əməyi sayəsində nail olmuşam. Bu il bir neçə yarışda iştirak etmişəm. Onlardan biri seçmə mərhələ yarışları olub ki, orada da qalib oldum. Bundan başqa, beynəlxalq yarışlarda da iştirak etmişəm. Albaniyada təşkil edilən Avropa çempionatında təkanla qaldırma hərəkətində üçüncü yerdə qərarlaşdım. İndi də ölkə kubokunda qızıl medala sahib oldum. Qazandığım uğurları növbəti il də davam etdirəcəyəm”.
Oxşar xəbərlər
Atletimiz Afrika çempionatının qalibi oldu - UĞUR
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası