Teymur Rəcəbov liderlər qrupunda
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.
Sportfm.az xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.
T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.
Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (İsrail), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar.
Oxşar xəbərlər
Teymur Şəhriyara üstün gəldi - Turnir
Teymur Rəcəbov Aronyanla bərabərə qaldı - Grand Chess Tour
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Teymur Rəcəbov İspaniyada heç-heçə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)



Misli Premyer Liqası