reklam
Sportfm.az xəbər saytı

"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"


"Daçiya" üçün rəqibin kimliyinin fərqi yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Kimin güclü olduğu meydanda görünəcək. "Kəpəz"ə çempion bir klub düşməsə də, "Daçiya" Moldovanın ən əzmkar klubudur".
 
Rekord.az xəbər verir ki, bu sözləri "Daçiya"nın prezidenti Adlan Şişxanov klubun rəsmi saytına açıqlamasında deyib.
 
Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Kəpəz" haqda danışan klub prezidenti Azərbaycan klubunun inkişafda olduğunu bildirib: "Düşünürəm ki, Moldova çempionatı Azərbaycan Premyer Liqasından zəif deyil. Hətta buna əminəm. Moldova çempionatında əla komandalar çıxış edir və yaxşı futbol sərgiləyirlər. Bu mənada düşünürəm ki, Azərbaycan və Moldova futbolunun liderləri eyni səviyyədədir. Yeganə fərq ondadır ki, Azərbaycanda hətta ən zəif klubların da yaxşı infrastrukturu, maliyyə dəstəyi var. Rəqibimizin Gəncəni təmsil etdiyini bilirəm. Bu komandanın ötən mövsüm 15 qələbə qazanması, 11 heç-heçə etməsi və 10 dəfə uduzmasından da xəbərdaram. Bütövlükdə, "Kəpəz" inkişafda olan komandadır. Komandanın qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq hədəfi qoyulub. Əlbəttə, püşkdən çox şey asılı olacaq. Bizim də hazırda məqsədimiz "Kəpəz" səddini keçməkdir".
Qeyd edək ki, "Kəpəz" və "Daçiya" klubları arasında ilk oyun iyunun 28-də Bakıda, cavab qarşılaşması isə iyulun 7-də Moldovada keçiriləcək.

Oxşar xəbərlər

"Daçiya"nın prezidenti tənqidlərə tab gətirmədi
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
"Daçiya" Bakıya hansı musiqinin sədaları altında gəldi? - VİDEO
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
İyunun 30-da "Kəpəz" meydana çıxmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər